Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Kral Əbdüləziz Elm və Texnologiya Şəhərini ziyarət edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər zamanı Kral Əbdüləziz Elm və Texnologiya Şəhərini ziyarət edib, burada yaradılmış müasir laboratoriyalar, inkubasiya mərkəzi və innovasiya ekosistemi ilə tanış olub.
Səfər çərçivəsində elm və təhsil naziri Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinin prezidenti Munir Eldesouki ilə görüşüb, görüş çərçivəsində əməkdaşlıq imkanları barədə ətraflı müzakirə aparılıb.
Tarix: Dünən, 23:12
Xəbəri paylaş
