Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti əsasında Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.
Səfər çərçivəsində elm və təhsil naziri Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında ali təhsil və peşə təhsili sahələrində cari əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.
Tarix: Dünən, 23:09
Xəbəri paylaş
