Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə ODTU arasında əməkdaşlıq imkanları müzakirə edilib


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texnik Universitetində (ODTU) rəsmi səfərdə olub.
Səfər çərçivəsində ADNSU nümayəndə heyəti ODTU-nun rektoru prof. dr. Ahmet Yozgatlıgil ilə görüşüb. Görüş zamanı iki universitet arasında birgə tədqiqatların aparılması, qrant layihələri üzrə əməkdaşlıq, eləcə də tələbə və müəllim mübadiləsi imkanları müzakirə olunub.
Eyni zamanda, ODTU-nun ixtisasartırma proqramları və sənaye ilə əməkdaşlıq sahəsindəki təcrübəsinin ADNSU-da tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin bu istiqamətdə birgə əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.
Səfər zamanı ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və nümayəndə heyəti ODTU-nun mərkəzi tədqiqat laboratoriyalarında mövcud elmi infrastruktur və birgə tədqiqat imkanları ilə yaxından tanış olublar.
Qeyd edək ki, səfər iki universitet arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olmaqla yanaşı, yaxın gələcəkdə konkret layihələrin icrasına başlanılması üçün zəmin yaradır.












 


Tarix: Dünən, 23:29

Xəbəri paylaş