Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tədqiqatçılar üçün "Scopus" üzrə onlayn təlim keçiriləcək

 

Elmi nəşrlər üçün dünyanın ən böyük xülasə və istinad bazalarından biri olan "Scopus" platforması üzrə tədqiqatçılar üçün onlayn təlim təşkil olunacaq. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təlim çərçivəsində "Scopus" platformasının elmi-tədqiqatların axtarışı və təhlilini təkmilləşdirən funksional imkanları təqdim ediləcək, eyni zamanda süni intellekt texnologiyalarına əsaslanan innovativ "Scopus AI" aləti ilə bağlı ətraflı məlumat veriləcək.
Təlim zamanı aşağıdakı mövzular əhatə olunacaq:
•⁠  ⁠"Scopus" platformasının interfeysi ilə tanışlıq: əsas səhifə, axtarış paneli və menyular;
•⁠  ⁠əsas axtarış üsulları;
•⁠  ⁠axtarış nəticələrinin təhlili: məqalə metadataları və xülasələr;
•⁠  ⁠elmi-tədqiqat prosesinin sürətləndirilməsi məqsədilə Scopus-un etibarlı məzmunu və məlumatları ilə generativ süni intellektin inteqrasiyasına əsaslanan "Scopus AI" alətinin imkanları.
Təlimçi: Saide Sak – müştəri uğuru üzrə menecer, Elsevier
Tarix: 28 yanvar 2026-cı il, saat 15:00
Dil: türk dili
Qeydiyyat linki: https://elsevier.zoom.us/.../WN_cHCH-OyxS8eK7N3rhHw29w


Tarix: Dünən, 23:25

Xəbəri paylaş