Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ağalı kənd tam orta məktəbində müasir təhsil infrastrukturu qurulub




“Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində müasir standartlara cavab verən təhsil müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu müəssisələrdən biri 2022-ci ildə istifadəyə verilən Zəngilan rayonu Ağalı kənd tam orta məktəbidir. Məktəbdə hazırda 288 şagird təhsil alır, tədris prosesinin səmərəli təşkili üçün 18 müəllim fəaliyyət göstərir. Eyni zamanda, təhsil müəssisəsinin inzibati və texniki təminatının dayanıqlı şəkildə həyata keçirilməsi məqsədilə 7 texniki işçi çalışır. Bu göstəricilər məktəbin həm pedaqoji, həm də idarəetmə baxımından formalaşmış struktur olduğunu nümayiş etdirir.
Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi müasir texniki və tədris infrastrukturu ilə də seçilir. Məktəbdə STEAM otağı, İKT kabineti, 3 laboratoriya, kitabxana və idman zalı şagirdlərin istifadəsinə verilib. Bu imkanlar şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların müasir təhsil mühitində formalaşmasına şərait yaradır.
Qeyd edək ki, Ağalı kənd tam orta məktəbində yaradılan bu imkanlar şagirdlərin doğma torpaqlarda keyfiyyətli təhsilə çıxışının təmin olunmasına, eləcə də bölgədə dayanıqlı sosial həyatın qurulmasına mühüm töhfə verir.


Tarix: Dünən, 15:14

Xəbəri paylaş