Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

HTP çərçivəsində Çin və Macarıstanda təhsil almaq üçün 616 müraciət qeydə alınıb



2026–2027-ci tədris ilində Çin Xalq Respublikası və Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsil almaq istəyən namizədlər üçün ərizə qəbulu mərhələsi müvafiq olaraq ötən il dekabrın 19-da və 22-də başa çatıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, HTP çərçivəsində Çin üzrə 162, Macarıstan üzrə isə 454 olmaqla, ümumilikdə 616 elektron ərizə portal.edu.az elektron platforması üzərindən təsdiqlənib. Namizədlərdən 86 nəfər bakalavriat, 457 nəfər magistratura, 73 nəfər isə doktorantura səviyyəsi üzrə təhsil almaq üçün müraciət edib.
İlkin mərhələdə müraciətlərin sayının çoxluğu qeydə alınıb. Bununla yanaşı, müraciətlərin sayı və proqram üzrə rəqabətlilikdən asılı olmayaraq, ərizələrin dəyərləndirilməsi hər iki ölkə üzrə müvafiq elanlarda əvvəlcədən müəyyən edilmiş tələblər və meyarlar əsasında həyata keçiriləcək.
Növbəti mərhələdə yalnız ilkin seçimdən keçən namizədlərlə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri tərəfindən təyin edilmiş müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə müsahibələr təşkil olunacaq.


Tarix: Dünən, 14:36

Xəbəri paylaş