Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlunun BDU-da ustad dərsi


Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlunun “Metal aril karbosilatların nikotin-amid iştirakında kompleks birləşmələrinin sintezi, quruluşu və tətbiq sahələri” mövzusunda ustad dərsi keçirilib.
Fakultənin dekanı Fuad Kərimli Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin hazırlanması, magistrant və doktorant mübadiləsinin həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, fakültədə bu istiqamətlər üzrə çoxşaxəli və sistemli işlər aparılır.
Hacalı Nəcəfoğlu Kimya fakültəsində çalışdığı dövrlə bağlı xatirələrini bölüşüb, qardaş Türkiyədəki fəaliyyəti barədə danışıb. Məruzəçi çalışdığı Qars Qafqaz Universitetinin elmi əməkdaşlıq imkanları və gələcək perspektivləri haqqında da məlumat verib.
Ustad dərsi çərçivəsində müxtəlif heteroatomlu komplekslərin alınması, sintez edilmiş monokristalların quruluş analizləri, onların müxtəlif sahələrdə tətbiqi və sınaq nəticələri, eləcə də bu tədqiqatların nüfuzlu elmi jurnallarda nəşri barədə ətraflı məlumat təqdim olunub.
Tədbir sualların cavablandırılması ilə davam edib.
Tarix: Dünən, 21:50
