Magistrlər üçün 312 səhifəlik yeni dərs vəsaiti nəşr olunub

Bakı Dövlət Universiteti tərəfindən universitetlərin magistr pilləsi üçün hazırlanmış 312 səhifəlik yeni dərs vəsaiti nəşr olunub. Bu dərs vəsaiti “Təhsilin təşkili, planlaşdırılması və idarə edilməsi” fənni üzrə magistr pilləsində təhsil alan tələbələr üçün hazırlanmışdır. Vəsaitdə müasir təhsil sistemində idarəetmə proseslərinin mahiyyəti, təhsilin strateji planlaşdırılması, pedaqoji prosesin təşkili, təhsil müəssisələrinin idarə olunması modelləri, təhsil siyasəti və qərarvermə mexanizmləri elmi-nəzəri və praktiki baxımdan təhlil olunur.
Kitabda həmçinin Azərbaycan və dünya təhsil sistemlərində tətbiq olunan idarəetmə yanaşmalarına, effektiv planlaşdırma metodlarına və menecment texnologiyalarına geniş yer verilir. Vəsait elmi-pedaqoji tədqiqatlar, normativ sənədlər və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış, fənnin tədris proqramına uyğun şəkildə qurulmuşdur.

Dərs vəsaiti pedaqoji ixtisaslı magistrantlar, təhsil menecerləri, müəllimlər və təhsil təşkilatçılarının istifadəsi üçün nəzərdə tutulur.
Tarix: Dünən, 23:46
Xəbəri paylaş
