Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ATU “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Texnologiya Universitetini (ATU) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görüb. Mükafat ATGTİ-nin sədri Rəşad Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyətinin universitetə səfəri zamanı rektor Yaşar Ömərova təqdim olunub.

 

Təqdimat mərasimində ATU-da son illər təhsil mühitinin modernləşdirilməsi, tələbələrin inkişafına yönəlmiş layihələrin genişləndirilməsi və innovativ təşəbbüslərə verilən dəstək yüksək qiymətləndirilib.

 

Rektor Yaşar Ömərov dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin önəmini vurğulayaraq ATGTİ ilə əməkdaşlığın yeni istiqamətlər üzrə davam etdiriləcəyini bildirib.

 

Görüş çərçivəsində tələbələrin potensialının inkişafına yönəlmiş birgə layihələrin genişləndirilməsi imkanları müzakirə olunub.


Tarix: Dünən, 11:00

Xəbəri paylaş