Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aşqarlar Kimyası İnstitutu ilə Səudiyyə Ərəbistanın Kral Səid Universiteti birgə tədqiqat qrupu yaradıb




Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Səudiyyə Ərəbistanın Kral Səid Universitetinin əməkdaşları ilə “Neyrodegenerativ xəstəliklərdə terapevtik potensiala malik inhibitorların yaradılması” mövzusunda birgə tədqiqat qrupu yaradılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məhsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib.
Bildirilib ki, tədqiqat qrupunun Səudiyyə Ərəbistanı tərəfdən rəhbəri Saleh Alvasel ilə müştərək beynəlxalq tədqiqat çərçivəsində bu il ərzində “Asetofenona əsaslanan yeni xalkon, semikarbazon, tiosemikarbazon və indolon törəmələrinin sintezi və bioloji tədqiqatları: struktur-fəaliyyət əlaqəsi, molekulyar birləşmə, molekulyar dinamika və kinetik tədqiqatlar” mövzusunda aparılan beynəlxalq səviyyəli müştərək tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub.
Bu mühüm nəticələr “Web of Science” bazasında arxivləşdirilən, “Elsevier” nəşriyyatının Q2 kateqoriyalı impakt faktoru 4.0 olan “Journal Molecular Structure” jurnalında müfəssəl araşdırma məqaləsi kimi dərc olunub.


Tarix: 6-12-2025, 14:49

Xəbəri paylaş