Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Cənubi Afrika Respublikasının Ali Təhsil və Təlim Nazirliyinin nümayəndə heyəti ADNSU-da olub




Noyabrın 20-də ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, nazir müavini Nomusa Dube-Ncube, eləcə də müxtəlif istiqamətlər üzrə texniki və beynəlxalq əlaqələr üzrə mütəxəssislərlə ADNSU-nun rektoru dosent Rüfət Əzizov arasında keçirilən görüşdə ADNSU-nun tədris məsələləri üzrə prorektoru dosent Rza Məmmədov, strateji məsələlər üzrə prorektor dosent Vazeh Əskərov, elm və innovasiya üzrə prorektor vəzifəsini icra edən dosent Elviz İsmayılov, həmçinin Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Həbibə Nəzirova yer alıblar.
Görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub. ADNSU ilə potensial ortaq layihələrin yaradılması və geniş tətbiq mexanizmləri nəzərdən keçirilib.
Rəsmi görüşdən sonra nümayəndə heyəti ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın mühəndislik, üzvi kimya, fizika, ümumi və analitik kimya laboratoriyaları ilə tanış olublar və universitetin elmi-tədqiqat infrastrukturu barədə ətraflı məlumat alıblar.
Qeyd edək ki, səfərin məqsədi ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək, həmçinin universitetdə elm və innovasiya istiqamətində həyata keçirilən layihələrlə tanışlıq olub.


Tarix: Bu gün, 16:35

Xəbəri paylaş