Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Neft və Sənaye Universitetində VII Beynəlxalq Avrasiya Risk Konfransı işə başlayıb

Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “RİSK-2025” VII Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib.
ADNSU-dan bildirilib ki, “İnfrastruktur sistemlərinin riskyönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Konfrans “AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-ın Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin açılışında ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək bildirib ki, sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunması qlobal əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə də süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır.


Tarix: Bu gün, 11:18

Xəbəri paylaş