BDU və Qazaxıstanın Astana Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Astana Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Astana Beynəlxalq Universitetinin rektoru Serik İrsalıyev imzalayıb.
Tarix: Bu gün, 11:15