Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UFAZ və Neft və Qaz İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub




ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-da Neft və Qaz İnstitutunun icraçı direktoru, professor Vaqif Qurbanov və institutun nümayəndə heyəti ilə görüş keçirilib. 
Tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov, həmçinin tədris departamentinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı müəssisələr arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, yeni layihələrin reallaşdırılması və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Əsas müzakirə mövzularına çöl təcrübəsi və istehsalat təcrübəsinin təşkili, tələbələr üçün yay məktəbinin keçirilməsi, birgə konfransların təşkili, eləcə də hər iki müəssisənin alim və müəllimlərinin birgə elmi-tədqiqat işlərinin icrası daxil olub.
Qeyd edilib ki, hər il onlarla UFAZ tələbəsi Neft və Qaz İnstitutunda istehsalat təcrübəsinə cəlb olunur. Bu ənənə tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirməsinə, peşəkar hazırlığına və gələcək karyeralarına daha inamlı addımlarla başlamasına mühüm dəstək göstərir.
Görüş səmərəli fikir mübadiləsi ilə yadda qalıb və yaxın gələcəkdə tərəflər arasında yeni təşəbbüslərin reallaşdırılacağına ümid ifadə olunub.


Tarix: 29-09-2025, 16:23

Xəbəri paylaş