Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir: Bölgələrdə məktəbəqədər təhsil müəssisələrində boş yerlər çoxdur



Bağçalar üzrə ölkə daxilində rekord həddə - 40 faizə çatmışıq. Məktəbəqədər bağçalar artım hesabına əlavə yerlərimizin sayı 120-130 min artıb. Biz 16 faizdən 40 faizə çatmışıq. Gələn il bunu 50 faizə çatdırmağı planlaşdırırıq. Məhz məktəbəqədər təhsil ölkə təhsilinin gələcəyi üçün vacib məqamdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, bu ildən tərbiyəçilərin sertifikatlaşdırıılması olacaq.
Elm və təhsil naziri, həmçinin təhsil müəssisələrində 50 minə yaxın uşağı qida ilə təmin edildiyini bildirib.
Məktəbəqədər qəbul sisteminin tam mərkəzləşdiyini söyləyən EminƏmrullayev deyib: “Elm və Təhsil Nazirliyi olaraq bu sistemin daha çox irəli getməsinə çalışırıq. Bölgələrdə məktəbəqədər təhsilin yerləri çoxdur, ancaq şəhərlərdə valideyn gözləyir. Biz çalışırıq ki, bu vəsaiti şəhərdəki məktəbəqədər qruplarının yaradılmasına yönəldək”.
 


Tarix: 11-09-2025, 11:25

Xəbəri paylaş