Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında 1 gümüş və 2 bürünc medal qazanıblar

Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
Elm və Təhsil Nazirliyindənbildirilib ki, nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər. Kaspi liseyinin XI sinif şagirdi İbrahim Valehli gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Selcan Süleymanlı və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin X sinif şagirdi Zeynəb Məhəmmədli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Murad Xəlil olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.


Tarix: Bu gün, 00:28

Xəbəri paylaş