Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Komitə sədri: Azərbaycanda İKT sahəsində çalışanların 30 faizi qadınlardır

Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışanların təxminən 30 faizi qadınlardır. Lakin texnologiyayönümlü sahibkarlıqdakı payımız cəmi 15 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova həmin komitənin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” mövzusunda keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
Onun sözlərinə görə, bu rəqəmlər bir daha sübut edir ki, qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanları daha geniş və sistemli şəkildə dəstəklənməlidir: "Məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə bu müsabiqəni həyata keçirdik. Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya hamı üçün" proqramı çərçivəsində reallaşdırılır. Proqramın əsas məqsədi informasiya texnologiyalarına universal çıxış təmin etmək, o cümlədən qadınlar arasında rəqəmsal bərabərsizliyi aradan qaldırmaqdır. Qısa müddətdə - cəmi 17 gün ərzində çoxsaylı müraciət daxil oldu onlardan 46 layihə münsiflər heyətinin səsverməsinə təqdim edildi. Bu, qadınlarımızın texnologiya sahəsində nə qədər yaradıcı, təşəbbüskar və məqsədyönlü olduğunu bir daha sübut edir. Komitə olaraq, bu istiqamətdə təkcə qadınları deyil, uşaqları da əhatə edən təşəbbüslərlə çıxış edirik",- deyə o diqqətə çatdırıb.
 


Tarix: 24-07-2025, 18:11

Xəbəri paylaş