Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mətbuatımızın işığında görüş











22 iyul Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar Bakı şəhəri, Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında müəllimə, AJB və AYB-nin üzvü, yazıçı-jurnalist Təranə Cəbiyeva ilə görüş keçirildi.         
 Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  İlk öncə Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Sakitə Quliyeva qonaqları salamladı. 

Tədbirin aparıcısı Günel Səfərova yazıçı-jurnalist Təranə Cəbiyevanın mətbuatdakı yazılarından, ədəbi fəaliyyətindən söhbət açdı.  Təranə Cəbiyeva Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nəcibə Hüseynovaya, qonaqlarıa təşəkkür edərək qeyd etdi ki, “150 il öncə, yəni 1875-ci il  iyulun 22-də Azərbaycan ziyalısı Həsən bəy Zərdabi tərəfindən ana dilimizdə ilk milli qəzetimiz “Əkinçi” işıq üzü gördü. Ayda 2 dəfə, 300-400  tirajla çıxan qəzetin təəssüf ki, 56 sayı nəşr olundu. “Əkinçi”də Həsən bəy Zərdabi ilə birgə M.F.Axundovun, S.Ə.Şirvaninin, H.Vəzirovun qələmiylə məqalələr nəşr olundu.  “Əkinçi” ilə başlayan Azərbaycan mətbuatı gələcək nəsillərə töhfə oldu. 150 ildir  ki, mətbuatımız işıqlı yol gəlir.
Bu günlərdə 52 ölkənin iştirak etdiyi III Şuşa Qlobal Media Forumunda da  Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd etdi ki, “Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.” Bizim mətbuatımız Vətən müharibəsində də uğurlara imza atdı. 44 günlük müharibədə Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Böyük Qələbəni qazandıq.30 ildən çox həsrətində olduğumuz torpaqlarımız Azərbaycan Ordusunun qəhrəmanlığı ilə erməni işğalından azad oldu. Bu gün şəhid analarının və atalarının qarşısında baş əyirik ki, övladları Vətən yolunda şəhid olub. Hər zaman da bu oğulların qəhrəmanlığından yazmağa hazırıq.”    
 
   Prezident təqaüdçüsü, şairə-jurnalist Zərəngiz Dəmirçi Qayalı çıxışında Təranə Cəbiyevanın məqalələri ilə mədəniyyətimizə verdiyi töhfələri diqqətə çatdırdı. O, müəllifin Qarabağ müharibəsinə həsr etdiyi məqalələri və kitabları yüksək dəyərləndirdi.    

    Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Əlihüseyn Məmmədovun anası Suraxanı rayonundaki, 226 nömrəli məktəbin direktoru Arzu Məmmədova, şəhid Səbuhi Orucovun anası Narınc Orucova, şəhid Nazim Kırxlarovun anası Sultanxanım Kırxlarova, Aprel şəhidi Rəşad Niftalılının atası Şakir Niftalıyev, I Qarabağ müharibəsi şəhidi Nəriman Həmidovun baçısı Səkinəxanım Həmidova çıxış edərək Təranə Cəbiyevanın dövrü mətbuatdakı yazılarında, kitablarında cəsur oğullara həsr olunan sətirlərin böyük vətənpərvərlik hissiylə qələmə alındığını söyləyərək, müəllifə yaradıcılıq uğurları arzuladılar. Görüşün sonunda mətbuatımızın 150 illik işığına toplaşanlar belə görüşlərin növbəti kitabxanalarda da keçirilməsini məqsədəuyğun hesab etdilər. 


Tarix: Dünən, 17:29

Xəbəri paylaş