Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafovun məqaləsi Polşada elmi jurnalda dərc olunub
Polşa Elm Jurnalı (Polish Journal of Scence) Alimlər Şurası tərəfindən, bilik və elmi nailiyyətlərin qlobal elmi ictimaiyyətə çatdırılması və töhfə verməsi məqsədilə 2017-ci ildə təsis olunmuşdur.
Jurnalda dərc olunmuş məqalələr, əlavə olaraq, beynəlxalq elmi indekslərdə və rəqəmsal kitabxana sistemlərində yerləşdirilərək yayımlanır. Jurnalın elektron arxivində yerləşdirilmiş bütün məqalələrə açıq və ödənişsiz giriş mümkündür.
Dərc olunmazdan əvvəl məqalələr məlumatın elmi əsaslılığını təmin etmək məqsədilə ciddi seçmə mərhələsindən və ekspert rəyindən keçirilir.
Polşa Elm Jurnalının 88-ci nömrəsində (iyul, 2025; İSSN 3353-2389) Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “General-mayor Sadıq bəy (1865-1941). Respublika Ordusunun və polisinin yaradılmasında tarixi xidmətləri” (“Major General Sadykh Bey (1865-1944). Historical servicel in the Creation of the Republican Army and Pollice”) mövzusunda məqaləsi dərc olunmuşdur.
Dosent Namaz Manafov məqaləsində general-mayor, nazir müavini, şərqşünas alim Məhəmməd Sadıq bəy Ağabəyzadənin Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər Nazirinin müavini vəzifəsində yorulmaz fəaliyyətini araşdırır, Azərbaycan milli müstəgil polisinin təşəkkülü və inkişafında, polis sisteminin hüquqi bazasının hazırlanmasında Sadıq bəy Ağabəyzadənın misilsiz xidmətlərini göstərir.
"Təhsil" jurnalı
17.07.2025-ci il
Tarix: Dünən, 22:52