Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ATU-da rektor təqaüdünün məbləği artırılıb!


 
Azərbaycan Texnologiya Universitetində tələbələrin təhsilə marağının və akademik göstəricilərinin stimullaşdırılması məqsədilə "Rektor təqaüdü"nün məbləği iki dəfədən çox artırılıb.
Bu barədə qərar ATU-nun Elmi Şurasının 12 iyun 2025-ci il tarixli iclasında 15 İyun Milli Qurtuluş Günü ərəfəsində qəbul edilib.
Yeni qərara əsasən, "Rektor təqaüdü" aşağıdakı məbləğlərdə müəyyən edilib:
1-ci yer – 140 manat
2-ci yer – 120 manat
3-cü yer – 100 manat
Qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək.
ATU-da tələbələrin sosial vəziyyətini yaxşılaşdırmaq, onlar arasında sağlam rəqabət mühiti yaratmaq istiqamətində işlər davam edir. Qeyd edək ki, ötən tədris ilindən ATU-da bir sıra sənaye müəssisələrinin təqaüdləri də təsis edilib.


Tarix: Dünən, 17:21

Xəbəri paylaş