Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şəhid və aztəminatlı ailələrin övladları ilə görüş keçirilib

Mayın 24-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bank-ın dəstəyi ilə keçirilən "Oxut" layihəsi tərəfindən şəhid və aztəminatlı ailələrin övladları üçün açıq havada interaktiv və əyləncəli ingilis dili oyunları təşkil olunub. 
 
Görüş müddətində uşaqlar ingilis dilində bir-birləri ilə ünsiyyətdə olub, kətan üzərində rəsm çəkərək əyləncəli təcrübələr əldə ediblər. Həmçinin onlar arasında “Freeze”, “Animal Race” oyunları keçirilib. 
 
Tədbirin keçirilməsində məqsəd şagirdlərin ingilis dili üzrə ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onların asudə vaxtlarını düzgün təşkil etmək olub. 
 
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
 
Qeyd edək ki, tədbir “Oxut” layihəsində iştirak edən şagirdlər üçün nəzərdə tutulub və müxtəlif yaş qruplarını əhatə edib.


Tarix: 25-05-2025, 16:26

Xəbəri paylaş