Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Onları unutmamalıyıq, yaşadın kı, yaşatsınlar

 

                    

  

"Tarix bu gün də, gələcəkdə də bilməlidir ki,
 İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində

 Azərbaycan Respublikasının xidməti, 
fəaliyyəti, rolu çox böyük olubdur. 
Yenə də deyirəm, həm övladlarımızın cəbhədəki qəhrəmanlığı,
 həm də neft hasilatı, cəbhəyə lazım olan bütün başqa

 ləvazimatların istehsalı sahəsində
 Azərbaycan xalqının xidmətləri misilsiz, əvəzsiz tarixidir". 

 

Heydər ƏLİYEV,
 Azərbaycan xalqının Ümummilli Lideri
 

 

        
Bəşəriyyət üçün amansız və zalım olan İkinci Dünya müharibəsindən 80 il ötür. Bu müharibədə milyonlarla insanlar döyüş şəraitində həlak olub, milyonlarla insan itkin düşüb və milyonlarla insan əsir alınıb. Bu müharibə milyonlarla uşağıntaleyini məhv edib.


 Hər yerdə olduğu kimi, Azərbaycanda da 1945-ci il 9 may SSRİ İttifaqının faşist Almaniyasının üzərində qələbəsinin 80 illiyinə hazırlıq gedir.  Bu müharibədə Azərbaycandan 681 min nəfər cəbhəyə yola salınmışdır, onlardan 10 min nəfərini qadınlar təşkil edib. 300 min nəfər Azərbaycan vətəndaşı bu müharibədə həlak olub.Bu müharibədə Tərtər rayonunun 2417 nəfər sakini iştirak etmiş, onlardan 1079 nəfəri həlak olmuşdur.

 

       Bu yazıda İkinci Dünya müharibəsində iştirak etmiş orta məktəb illərində ilk direktorum 9 və 10-cu siniflərdə sinif rəhbərim olmuş Hilal Abduləli oğlu Şəmilov haqqında söhbət açacam. Hilal Şəmilov 22.01.1920-ci ildə Tərtər rayon Köçərli kəndində dünyaya göz açıb.İlk təhsilini Köçərli, Qaraqoyunlu və Evoğlu kənd məktəblərində alıb.1 939-cu ildə Ağdam Pedaqoji Texnikumunu mərhum filosov Ziyəddin Bahadur oğlu Göyüşovla birlikdə bitirib. Dünyadan köçən günə qədər möhkəm dost olublar. Həttda bu dostluğun nəticəsi olaraq Hilal müəllim nəvəsinə Ziyəddin müəllimin oğlu Ülfətin adın qoyub.Allah Hilal müəllimə Ziyəddin müəllimə və oğlu Ülfət müəllimə rəhmət eləsin. Texnikimu bitirdikdən sonra 01.09.1939-cu ildə Hilal müəllim Tərtər rayon Rəcəbli kəndinə müəllim göndərilir.


       

 26.02.1940-cı ildə hərbi xidmətə çağrılır. Hilal müəllim zabit olaraq leytenant rütbəsində hərbi xidmətini Moskva şəhəri Qərb cəbhəsi 18-ci Hava Hücumu, Xəbərdarlıq və Radio Alayında Böyük Qələbəyədək davam etdirir. ”Moskvanın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində Qələbəyə görə “ medalları və “2-ci dərəcəli Vətən Müharibəsi ordeni” ilə təltif olunmuşdur.  25.09.1945-ci ildə ehtiyyata buraxılmışdır. Xususi xidmətlərinə görə Moskvanın fəxri vətəndaşı olmuşdur.


      Müharibədən sonra Hilal müəllim müəllim olaraq öz fəaliyyətini Tərtər rayon Evoğlu,Köçərli və Qaraqoyunlu kənd məktəblərində davam etdirmişdir. Evoğlu kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədiyi dövrdə  təhsilini ” Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda” (indiki Azərbaycan Pedaqoji Universitetində) Filologiya ixtisası üzrə davam etdirərək ali təhsil almışdır. Köçərli kənd 8 illik məktəbində 1966-cı ilə qədər direktor, 1966-cı ildən 1990-cı ilədək Qaraqoyunlu kənd orta məktəbində müəllim işləmişdir. Köçərli kənd orta məktəbinin binası Hilal müəllimin səyi və təşəbbüsü ilə tikilmişdir. Hilal müəllim əmək fəaliyyətində şərəfli müəllim ömrü yaşamışdır.

    9 və 10-cu sinifdə sinif rəhbərimiz olmaqla bərabər Azərbaycan dili və ədəbiyyatdan bizə dərs deyərdi.Uşaqlar onun dərsini xüsusi maraqla dinləyər və daima dərsə hazır gələrdilər. Dərs dediyi siniflərdə şagidlərin çoxu ona oxşamaq onun yolunu davam etdirmək həvəsində idi.Ona görədə şagirdlərinin çoxu Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasın seçirdi.

      
 Onun dərs dediyi şagirdlər arasında çoxlu məşhur şair və alimlər yetişmişdir.”Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri idi. Dəfələrlə respublikanın mətbu orqanlarında “orta məktəblərdə tədris və təlimin metodikası”na dair məqalələri çap olunmuşdur. Respublikanın təhsil işçiləri arasında özünün xüsusi mövqeyi vardır. Tək Tərtər rayonunda deyil, respublikanın bütün bölgələrində xüsusi hörmət və qayğıyla yad edilirdi.
 

Təhsil sahəsində göstərdiyi xidmətlərə görə ”Azərbaycanın qabaqcıl maarif xadimi” adına layiq görülmüşdür. Hilal müəllim 72 yaşında 15 aprel 1992-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

    

      Hilal müəllimin xatirəsi daima onu tanıyanların qəlbində yaşayır və yaşayacaqdır.

 

 Raqub Rza oğlu Yinisov

Bərdə Dövlət İdarəetmə və Texnologiya

Kolleci


Tarix: Bu gün, 11:01

Xəbəri paylaş