MEK-də akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş sərgi təşkil edilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş sərgi hazırlayıb.
Sərgidə MEK-in fondlarından Zərifə xanım Əliyevanın müəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” məqalələr toplusu və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Seçilmiş əsərləri”, eləcə də görkəmli akademikin şərəfli ömür yolu və fəaliyyətini əks etdirən “Nurlu ömrün salnaməsi. Zərifə Əliyeva – 95 metodik vəsaiti”, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət”, “Qaranlığa nur saçan zəka” üç dildə, “Yanar qəlb...” sərlövhəsi, elmi-pedaqoji və ictimai fəaliyyəti, müxtəlif illərdə çap olunmuş monoqrafiyaları, dövri mətbuatda işıq üzü görən məqalələri, akademik Zərifə Əliyevanın 85 və 90 illik yubileylərinə həsr olunmuş oftalmologiyanın aktual problemlərinə dair keçirilmiş beynəlxalq elmi konfransın materialları yer alıb.
İki həftə davam edəcək sərgidə MEK tərəfindən tərtib edilən “Zərifə Əziz qızı Əliyeva” adlı biblioqrafik göstərici də nümayiş olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi
Tarix: Dünən, 23:15