Nazir UNEC Zaqatala filialının tələbə evi və idman zalının açılışında iştirak edib
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru Ədalət Muradov və UNEC Zaqatala filialının direktoru Raqif Qasımov iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Açılış mərasimində qonaqlar əvvəlcə tələbə evində yaradılmış şəraitlə yaxından tanış olublar.
Məlumat verilib ki, müasir standartlara cavab verən tələbə evi 155 nəfərlikdir. 2 və 3 nəfərlik otaqlar yüksək rahatlıq standartlarına uyğun şəkildə layihələndirilib.
Sağlamlıq imkanları məhdud tələbələr üçün 2 ədəd müasir otaq ayrılıb və bu otaqlarda fərdi komfort baxımından xüsusi imkanlar yaradılıb.
Bütün otaqlar smart texnologiyalarla təchiz olunub. Birinci mərtəbədə tələbələrin rahat istirahəti və əyləncəsi üçün xüsusi olaraq dizayn edilmiş istirahət otağı və oxu zalı mövcuddur.
Daha sonra yeni istifadəyə verilən idman zalı ilə tanışlıq olub. Qeyd edilib ki, zal tələbələrin sağlam həyat tərzi sürməsi və idmanla məşğul olması üçün tam şəraitlə təmin olunub.
İdman zalı 6 funksional otaqdan ibarətdir. Burada basketbol, voleybol və fitnes üzrə ixtisaslaşdırılmış sahələr yaradılıb.
Açılış mərasimindən sonra filialın professor-müəllim heyətinin də iştirakı ilə görüş keçirilib.
Görüş zamanı tələbələr üçün yeni yaradılan imkanların əhəmiyyəti və gələcək planlar müzakirə olunub.
Tarix: 12-04-2025, 21:24
Xəbəri paylaş