Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevir Dövlət Universitetinin dosenti Polşada konfransda çıxış edəcək






 
       Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov professor Məhəmməd Sadıq bəy Ağabəyzadənin elmi irsinin tədqiqi üzrə Polşa - Azərbaycan komissiyası tərəfindən həyata keçirilən elmi layihə çərçivəsində yubiley tədbirlərdə iştirak etmək üçün Polşa Universitetindən  dəvət almışdır. 

Qeyd edək ki, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə  Azərbaycan Xalq Cümhuriyyəti dövründə nazir müavini, Cümhuriyyətin süqütündan sonra mühacır həyatı yaşamış, Polşanın Yan Kazimir adına Lvov Universitetinin professoru  olmuş,  Universitetdə türk, ərəb, fars dillərinin tədris etmişdir.

    Layihə çərçivəsində Komissiyanın elmi  iclası Varşava Universitetinin Şərqşünaslıq fakültəsində keçiriləcəkdir.  İclasda  Varşava Universitetinin, Yagellon Universitetinin (Mərkəzi Avropanın ən qədim Universiteti  sayılır -1364-cü il),  Azərbaycan  elmi qurumlarının aliməri iştirak edəcəklər. 

   Proqrama həmçinin  Vroslav şəhərindəki  Milli  Ossolinski İnstitutunda (bu institutut 1946-ci ilə kimi Lvovda fəaliyyət göstərib),  Polşa Elmlər Akademiyasında və Polşa İncəsənət və Elmlər Akademiyasının Elmi Arxivlərində  arxiv  araşdırmaları daxildir.
   Respublikamızın alimləri  29 may 2025-ci il tarıxdə Polşa İncəsənət və Elmlər Akademiyasında Məhəmməd Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyi münasibətil  keçiriləcək  sərginin açılış mərasimində iştirak edəcəklər. 

  Elə həmin gün Krakov Universitetində Məhəmməd Sadıq bəyin  160 illiyi münasibətilə Elmi konfrans keçiriləcəkdır.
    
   Konfransda Azərbaycan alimləri – Azərbaycan Milli Elmlər Akademiyası Ziya  Bünyadov adına Şərqşünaslıq  İnstitutunun Baş elmi işçisi, tarıx elmləri doktoru, professor Əməkdar elm xadimi Solmaz Rüstəmova (Tohidi).  Azərbaycan Milli Elmlər Akademiyası Elmi irs şöbəsinin müdiri, AMEA Ekspert Yoxlama Komissiyasının sədri, tarıx elmləri doktoru Zemfira Hacıyeva  və  Azərbaycan Respublikası Elm və Təhsil  Nazirliyi Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov azərbaycanlı vətənpərvər Məhəmməd Sadıq bəy Ağabəyzadənın həyat və yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış edəcəklər.
 
  
 



Tarix: 12-04-2025, 19:26

Xəbəri paylaş