Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir?





Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinə rektor təyin edilib.
Anar Eminov 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb.
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fəqlənmə ilə bitirib.
2003-2004-cü illərdəTürkiyənin Egey Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Həmin dövrdə Türkiyə Gənc Girişimcilər Birliyinin üzvü, Azərbaycan Marketinq Cəmiyyətinin Türkiyə üzrə rəhbəri olub.
2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib.
2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib.
2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2016-cı ildə dosent elmi adını alıb.
2015-2020 Azərbaycan Turizm və Menecment Universiteti, “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını bitirib.
2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.


Tarix: 9-04-2025, 16:24

Xəbəri paylaş