Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb



Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət-dəqiq və texnika elm sahələri üzrə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) Ekoloji kimya və ətraf mühitin qorunması elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Kamran Mahmudov I, TİİMM-in Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov II, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev III yerə, BDU-nun Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi Ofeliya Balayeva həvəsləndirici mükafata, humanitar və ictimai elmlər üzrə - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev I yerə layiq görülüblər.
Beşinci ildir ki, BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə keçirilir. Müsabiqənin məqsədi il ərzində fəal elmi tədqiqat apararaq yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.


Tarix: 1-04-2025, 22:16

Xəbəri paylaş