YENİ TƏHSİL PROQRAMI HAZIRLANIR
Müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı təhsil proqramları vaxtaşırı yenilənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilmişdir.
Bununla əlaqədar olaraq, yeni təsnifatın ixtisasları üzrə müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü təhsil proqramlarının hazırlanması zərurəti yaranmışdır.
Ali Təhsilin səviyyələri üzrə ixtisasların yeni təsnifatında bakalavriar pilləsində 153 ixtisas vardır ki, onlardan 7-si yeni ixtisasdır. Yeni təsnifatda magistratura pilləsində 129 ixtisasdan 20–si, rezidenturada 44 ixtisasdan 8-i yeni ixtisaslardır. Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının layihələrinin hazırlanması məqsədi ilə komissiyanin yaradılması barədə əmr imzalamışdır.
Əvvəlki illərin təcrübəsindən fərqli olaraq komissiyanın birgə idarə olunması (həmsədrlik mexanizmi əsasında) nəzərdə tutulur. Onun tərkibində 9 ixtisas qrupu var. Komissiyanın tərkibi belədir: Təhsil ixtisaslari qrupu – Cəfər Cəfərov (Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru); Şəmil Sadıqov (“Hədəf” Şirkətlər Qrupunun baş direktoru); Humanitar və sosial ixtisaslar qrupu - Urxan Ələkbərov (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru), Anar Bağırov (Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri); Mədəniyyət ixtisasları qrupu - Ceyran Mahmudova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru), Mehriban Ələkbərzadə (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri); İqtisadiyyat və idarəetmə ixtisaslari qrupu - Ədalət Muradov (Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru), İmran Əhmədzadə (“Neqsol Holding”in baş maliyyə direktoru və Azərbaycan ofisinin rəhbəri); Təbiət ixtisasları qrupu- Elçin Babayev (Bakı Dövlət Universitetinin rektoru), Rasim Əliquliyev (İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru); Texniki və texnoloji və xüsusi təyinatlı ixtisaslar qrupu – Yaqub Piriyev (Bakı Mühəndislik Universitetinin rektoru), Hicran Valehov (STP Şirkətlər qrupunun icraçı direktoru); Kənd təsərrüfatı ixtisasları qrupu- Zəfər Qurbanov (Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru), Mohammed Gouzal (“Azərsun Holding”in Kənd təsərrüfati üzrə baş direktoru); İdman və xidmət ixtisaslari qrupu - Fuad Hacıyev (Azərbaycan İdman Akademiyasının rektoru), Rəşad Rəsullu (Azərbaycan Cüdo federasiyasının vitse-prezidenti); Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu - Gəray Gəraybəyli (Azərbaycan Tibb Universitetinin rektoru), İradə Axundova ( Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru).
Bildiyiniz kimi məzunların əldə etdikləri səriştə və bacarıqlar bir çox hgallarda əmək bazarının tələblərini ödəmir. Yeni təhsil proqramlarının hazırlanmasında əmək bazarının birbaşa iştirakinin təmin edilməsi nəzərdə tutulur. Yeni proqramlarda məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi əsas məsələlərdən biridir. Yeni təhsil proqramlarının əsas çağırış və tələblərindən biri də hər bir ixtisaslaşma üzrə təlim nəticələrinin konkret müəyyən edilməsi və əmək bazarının bu barədə məlumatlandırılmasıdır.
Keçən bir həftə ərzində komissiyalarda xeyli iş görülmüşdür. Universitetlərin nümayəndələrindən və əmək bazarı təmsilçilərindən ibarət Komissiyaların tam tərkibi müəyyən edilmişdir. İndi magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmaların yekun bankının hazırlanması üzərində iş gedir.
İkinci mərhələdə hər bir ixtisas (ixtisaslaşma) üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının hazırlanması nəzərdə tutulur.
İLK İCLAS KEÇİRİLDİ
Təhsil ixtisasları qrupu üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə Mingəçevur Dövlət Universitetindən cəlb olunmuş işçı qrupunun MDU-nun Təhsil fakültəsinin Elmi Şurasi ilə birgə iclası keçirilmişdir.
İclası giriş sözü ilə Təhsil fakültəsinin dekanı, tarıx üzrə fəlsəfə doktoru Nizami Zeynalov açmışdır. N. Zeynalov giriş nitqində müəllim hazırlığı məsələsinin vaciblıyini qeyd edib, bu sahədə ölkədə kifayət qədər işlərin görülməsi ilə bağlı məlumat verdi. Universitetlərdə yeni təhsil proqramlarının hazırlanması işinin əhəmiyyətini qeyd etdi.
Sonra söz yeni təhsil proqramlarının hazırlanması Komissiyasının MDU-dan nümayəndəsi dosent Namaz Manafova verildi.
N.Manafov yeni təhsil proqramlarının zərurətindən danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilmişdir. Ali təhsilin səviyyələri üzrə ixtisasların yeni təsnifatına görə bakalavriar pilləsində 153 ixtisas (bu ixtisaslardan 7-si yenidir), magistratura pilləsində 129 ixtisas var (20 ixtisas yenidir).
Bununla əlaqədar olaraq, yeni təsnifatın ixisasları üzrə müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü təhsil proqramlarının hazırlanması zərurəti yaranmışdır.
Azərbaycan Respublikasınin elm və təhsil naziri cənab Emin Əmrullayevin 25 fevral 2025-ci il tarixli əmri ilə yeni təhsil proqramlarının hazırlanması məqsədilə komissiya yaradılmışdır. Komissiyanin tərkibinə universitetlərin rektorları, əmək bazarının nümayəndələri həmsədrlik edirlər.
Əvvəlki illərin təcrübəsindən fərqli olaraq komissiyaların birgə idarə olunması nəzərdə tutulur. Bu məqsədlə 9 ixtisas qrupu yaradılmışdır və Təhsil ixtisasları qrupuna sədrlik ADPU-nun rektoru Cəfər Cəfərov və “Hədəf” şirkətlər qrupunun baş direktoru Şamil Sadıqova həvalə edilmişdir.
Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun 04 mart 2025-ci il tarıxli əmri ilə Mingəçevir Dövlət Universitetindən təhsil proqramlarının hazırlanmasına cəlb olunmuş mütəxəssislərin siyahısı ADPU-ya Təhsil ixtisasları qrupuna göndərilmişdir.
Sonra dosent Namaz Manafov MDU-da təhsil ixtisaslari üzrə daxili işçi qrupun yaradılmasını təklif etdi.
Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil, Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova, Xaricı dillər kafedrasının müdiri, dosent Mehdi Rəhimov, Riyaziyyat kafedrasının müdiri, dosent Rövşən Babayev çıxış edərək rəhbərlik etdikləri kafedranin ən təcrübəli müəllimlərinin daxili işçi qrupuna namizədliyini irəli sürdülər.
İclasın qərarı ilə MDU-da təhsil ixtisasları üzrə daxili işçı qrup yaradıldı.
İclasin gündəliyindəki növbəti məsələ magistratura təhsil səviyyəsində Pedaqogika ixtisası üzrə ixtisaslaşmaların ilkin layihələrinin müzakirəsi idi.
Bu məsələ ilə bağlı Magistratura və Doktorantura Mərkəzinin müdiri, dosent Vəfa Məhərrəmova, kafedra müdirləri professor Fərəh Cəlil, dosentlər Esmira Cəfərova, Mehdi Rəhimov, Pövşən Babayev dəyərli fikirlər söylədilər.
Magistratura pilləsində ixtisaslaşmaların adlarının yeni redaktədə verilməsi səsə qoyuldu və qəbul edildi.
Təklif Təhsil ixtisasları qrupunun katibliyinə göndərildi.
İclasın sonunda Nizami Zeynalov çıxış edərək, iclasın gündəliyində qoyulan bütün məsələlərin müzakirə olunduğunu və müvafiq qərarlar qəbul edildiyini bildirdi.
İclas sona çatdı.
"Təhsil" jurnalı
14 mart 2025-ci il
Tarix: Dünən, 23:00