Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib
Yanvarın 31-də elm və təhsil naziri Emin Əmrullayev Zərdab şəhərində vətəndaş qəbulu keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Tarix: 31-01-2025, 22:33
Xəbəri paylaş