Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin 24 yanvar 2025-ci il tarixində Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu yanvarın 31-də keçiriləcək.
Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Tarix: Dünən, 23:18
Xəbəri paylaş