Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevir Dövlət Universitetində qış imtahan sessiyası davam edir








 
Respublikamızın bütün ali məktəblərində olduğu kimi, Mingəçevir Dövlət Universitetində də 2024-2025-ci tədris ilinin qış imtahan sessiyası davam edir. Geniş ictimaiyyətin də diqqət və maraqla izlədiyi qiş imtahan sessiyasının yüksək səviyyədə təşkili və obyektiv keçirilməsi üçün Mingəçevir Dövlət Universitetininnun rəhbərliyi tərəfindən bir çox məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 

Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun əmri ilə 2024-2025-ci tədris ilinin qış imtahan sessiyasının keçirilməsi ilə əlaqədar " Açıq qapı günləri" elan edilib. İmtahan sessiyasının şəffaf və ədalətli keçirilməsinin şahidi olmaq və sessiyanın gedişini izləmək istəyən bütün valideynlər, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri "Açıq qapı günləri"ndə iştirak edə bilərlər. 

Universitetdə tədrisin keyfiyyətinin mövcud vəziyyətinin öyrənilməsi və akkreditasiyaya hazırlıq məqsədi ilə  Monitorinq qrupu yaradılmışdır.
Qrup üzvləri bu gün universitetin İqtisadiyyat və idarəetmə fakültəsində olmuş, Mt-23 saylı qrupda "Maliyyə hesabatlılığı", İ-22.1 saylı qrupda isə  "Ekonometrika" fənnindən yazılı imtahanları müşahidə etmişlər. 

Saat 9-a 15 dəqiqə qalmış universitet üzrə imtahan keçiriləcək bütün qruplarda qeyri-ixtisas müəllimlərindən koordinatorlar təyin edilmişdir. 
Hər qrupa təyin olunmuş 2 nəfər müəllim-koordinator imtahanların gedişini diqqətlə izləmiş, imtahanların şəffaf və ədalətli keçməsinə nəzarət etmişlər. Tələbələrin köçürmə hallarına yol verməmək üçün koordinatorlara ciddi şəkildə tapşırıqlar verilmişdir. Belə hallar müşahidə olunarsa, tələbə imtahandan uzaqlaşdırılır, onun imtahan işi yoxlanılmadan "qeyri-kafi" qiymətləndirilir. Qeyd edək ki, keçən illərdən fərqli olaraq bu il belə hallara təsadüf olunmur. 

Tələbələr imtahanın təşkilindən, onun obyektiv və şəffaf aparılmasından razılıq edirlər. Monitorinq qrupunun müşahidə etdiyi Mt-23 saylı qrupda imtahan verən ikincı kurs tələbəsi, torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsinin qazisi Fərman Veysli və onun tələbə dostları imtahanların şəffaf, ədalətli, obyektiv aparılmasından razılıqlarını bildirdilər. 

Yazılı imtahan 2 saat davam etdı. Yazı işləri imtahan qərargahına təhvil verildi, qərargahda kodlaşdırıldı, fənn müəllimləri tərəfindən yoxlanıldı. İmtahanın nəticəsi protokollaşdırıldı, fənn müəllimləri tərəfindən imzalandı, qiymət cədvəlləri dolduruldu. İmtahanların nəticələri elə həmin saat qrupun onlayn jurnalına yerləşdirildi. 

Tələbələr universitetə gəlmədən imtahan verdikləri gün internet vasitəsilə öz qiymətlərini öyrənə bilirlər. İmtahanların nəticələrindən bütün tələbələr razı qaldılar.  Apelyasiya müraciəti olmadı. 
İmtahanlar davam edir.
      
“TƏHSİL”
 



Tarix: Dünən, 18:30

Xəbəri paylaş