Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universiteti İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır





 Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İsrailin Holon Texnologiya İnstitutu (HTİ) arasında əməkdaşlıq memorandumu imzalanıb.
 Bu məqsədlə hər iki təhsil müəssisəsi arasında onlayn görüş keçirilib.
 Görüşdə ATU-nun rektoru dos.Yaşar Ömərov və HTİ-nin prezidenti, prof. Eduard Yakubov əməkdaşlığın perspektivlərindən, hər iki təhsil ocağı üçün  əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.
 Görüş çərçivəsində ATU və HTİ haqqında hazırlanmış qısa təqdimatlar göstərilib, sonda əməkdaşlıq memorandumu imzalanıb.
 Memorandumda Texnologiya Universiteti ilə Holon Texnologiya İnstitutu  arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini
 həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə  tutulur.
 


Tarix: Dünən, 23:56

Xəbəri paylaş