Mingəçevir Dövlət Universitetində tədrisin keyfiyyəti diqqət mərkəzindədir
Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun 6.12.2024-cü il tarixlı əmri ilə universitetdə tədrisin keyfiyyətinin mövcud vəziyyətinin öyrənilməsi və akkreditasiyaya hazırlıq məqsədilə Monitorinq qrupu yenidən formalaşdırılmışdır.
Monitorinq qrupunun işinə universitetin gənc alimləri ilə yanaşı, təcrübəli professor-müəllim heyəti də cəlb edilmişdir.
Qrup 2024-2025-ci tədris ilində payız imtahan sessiyasının şəffaf, obyektiv və ədalətli şəkildə keçirilməsini təmin etmək məqsədilə imtahanların monitorinqini aparır. Əsas məqsəd imtahanın ədalətli keçirilməsi qiymətləndirmə prosedurlarının düzgünlüyü və tələbə performansının şəffaf şəkildə qiymətləndirilməsidir. Bunun üçün monitorinq qrupunun üzvləri müşahıdə, anket, statistik təhlil və s. üsullardan istifadə edirlər.
Monitorinq qrupu imtahan suallarının obyektiv və düzgün olmasını izləyir, eləcə də qiymətləndirmə kriteriyalarının ədalətli olmasına daim diqqət yetirir.
Qeyd edək ki, imtahan monitorinqi bir neçə mərhələdən ibarət olan və sistemli şəkildə həyata keçirilən bir prosesdir. Bu yalnız imtahanların ədalətli və şəffaf keçirilməsini deyil, həm də təhsil prosesinin ümumi keyfiyyətini artırmağa yönəlmiş bir fəaliyyətdir.
Yeni ilin ilk iş günündə Təhsil fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kursda “Müasir Azərbaycan dili -2” fənni üzrə monitorinq aparılmışdır.
Monitorinq qrupunun sədri, filologiya üzrə fəlfəfə doktoru, dosent Namaz Manafov, qrupun üzvləri - fəlsəfə doktoru Ruhiyyə Hüseynova və universitetin baş müəllimi Mehriban Kərimova imtahanları müşahıdə ediblər.
“TƏHSİL”
Tarix: 6-01-2025, 16:29
Xəbəri paylaş