Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzMİU və Yıldız Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub



Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova Türkiyənin Yıldız Texniki Universitetində (YTU) bir sıra mühüm görüş keçirib. Səfər çərçivəsində professor Nigar Aslanova, YTU-nun rektoru professor Eyyub Debiklə görüşərək ikitərəfli əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetlər arasında elmi tədqiqatların təşviq edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri gündəmə gətirilib. İki universitetin alimləri arasında təcrübə mübadiləsinin artırılması, elmi fəaliyyətlərin daha da zənginləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Prorektor Nigar Aslanovanın YTU-nun Fənn Ədəbiyyat fakültəsində və fakültənin Riyaziyyat kafedrasında da bir sıra görüşləri keçirilib. Bu görüşlərdə AzMİU və YTU-nun doktorantları üçün birgə elmi rəhbərlik imkanları müzakirə olunub. Bu cür əməkdaşlığın tədqiqatçılar arasında birgə elmi layihələrin həyata keçirilməsi, yeni elmi araşdırmaların aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bundan əlavə, Riyaziyyat kafedrasında keçirilən elmi seminarda professor Nigar Aslanova elmi məruzə ilə çıxış edib. Aktual riyazi məsələlərin həllinə həsr olunan seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarın sonunda Nigar Aslanova iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.


Tarix: Dünən, 15:10

Xəbəri paylaş