Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ATU-da “ll Qida sənayesi və Qida təhlükəsizliyi forumu” keçirilib



 Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və "AzGranata"nın birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “ll Qida sənayesi və Qida təhlükəsizliyi forumu” keçirilib.

 Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
 Gəncə Dövlət Filarmoniyasında baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsilə açıq elan edilib.

 ATU-nun rektoru Yaşar Ömərov tədbirdə giriş sözü ilə çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb, dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib.

 Bunun davamı olaraq Prezident İlham Əliyevin səyi nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb, bu sahədə qəbul edilən dövlət proqramları uğurla icra olunur. Rektor qida sənayesi və qida təhlükəsizliyinin dünyada mövcud vəziyyətinə və aktual məsələlərinə diqqət çəkib, bölmələrdə aparılacaq müzakirələrin məhsuldar  olacağına, qeyd olunan sahələrə töhfə verəcəyinə əminlik ifadə edib. Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev çıxış edərək forumun işinə uğurlar arzu ediblər. 

Forum Qida təhlükəsizliyi və Qida sənayesi olmaqla iki paneldə öz işini davam etdirib.

 l panel ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı dos.Mehman İsmayılovun moderatorluğu ilə baş tutub. Bu bölmənin spikerləri - AQTA- nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəis müavini Firdovsi Ələkbərov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı, dosent Şəlalə Zeynalova və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Türksoyun nəzdində türk dünyası mətbəx kültürü, elmi və sənəti birliyinin prezidenti Tahir Əmiraslanov qida təhlükəsizliyinin aktual  məsələlərini müzakirə edərək bəyanat hazırlayıblar.

 AQTİ-nin Xidmətlərin təşkili departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Maşallah Tağıyevin moderatorluğu ilə baş tutan ll paneldə isə spikerlər - ADA Universitetinin dosenti Asəf Ömərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin professoru, “Azər Konyak” MMC-nin məsləhətçi texnoloqu Vüqar Mikayılov, Azərbaycan Standartlaşdırma İnstitutunun Aqrar və Qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri Bayram Əliyev, AZGRANATA şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və "Caspian Coast" MMC-nin Baş direktoru Fuad Mollayev qida sənayesinin aktual  məsələləri ətrafında diskussiya aparıblar.


Tarix: 18-12-2024, 23:31

Xəbəri paylaş