2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
Prezident İlham Əliyev “2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Tarix: 18-12-2024, 22:20
Xəbəri paylaş