“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinə yazı qəbulu başa çatıb
“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə keçirilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə yazıların qəbulu başa çatıb.
Müsabiqənin tələblərini ödəyən 200-dən çox esse qəbul edilib.
Hazırda müsabiqəyə təqdim edilən işlər tanınmış pedaqoq və təhsil mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmə mərhələsindədir.
Qaliblər 15-20 dekabr arası Ədibin Evində keçiriləcək mərasimdə elan ediləcək və mükafatlandırılacaqlar.
I yer (bir nəfər) - 3 000 AZN, II yer (iki nəfər) - 2 000 AZN, III yer (üç nəfər) - 1 000 AZN mükafata layiq görüləcək.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir.
Tarix: 2-12-2024, 23:08