Şimali Kiprin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru MEK-in qonağı olub
Şimali Kiprin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, doktor Latife Summerer AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub.
MEK-in direktoru dosent Hüseyn Hüseynov alimi kitabxanada görməkdən məmnunluğunu vurğulayıb. Direktor MEK-in tarixi, kitabxana fondunun elektronlaşdırılması, burada həyata keçirilən son layihələr haqqında məlumat verib, həmçinin xarici kitabxanalar, qurumlar ilə qarşılıqlı əməkdaşlıqdan danışıb.
Görüş çərçivəsində MEK rəhbəri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil naziri Nazim Çavuşoğlunun iştirakı ilə Mərkəzi Elmi Kitabxanada yaradılan “Şimali Kipr Türk Cümhuriyyəti” diplomatik guşəsinin açılışından danışıb və guşə barədə ətraflı məlumat verib. "Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin genişləndirilməsi kitabxanaçılıq sahəsində də əməkdaşlığın artırılmasına da geniş imkanlar yaradır",-deyə direktor sözlərinə əlavə edib.
Alim MEK-in Elektron xidmətlər vəi nformasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və elmi katib Şəbnəm Rüstəmovanın müşayiəti ilə kitabxana ilə yaxından tanış olub.
Qonaq Azərbaycan dövləti tərəfindən kitabxanada yaradılan şəraitdən məmnunluğunu bildirib.
Tarix: 20-10-2024, 18:31