Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib



Oktyabrın 18-də Elm və Təhsil Nazirliyində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının Elm və Təhsil Nazirliyi Ərazi Partiya Təşkilatının sədri Rauf Orucov və nazirliyin əməkdaşları iştirak ediblər. 

Tədbir zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov müstəqilliyimizin bərpası tarixindən danışıb.  Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət nəticəsində 30 il sonra torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Nazir müavini hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini də vurğulayıb. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunan nazirlik əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

















Tarix: 18-10-2024, 22:12

Xəbəri paylaş