Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və Təhsil Nazirliyi Türkiyə-Azərbaycan Universitetində tələbələrin sayı barədə təkliflərini hər il təqdim etməlidir


Elm və Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayı barədə təkliflərini hər tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu barədə “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 sentyabr tarixli Sərəncamının icrasının təmin edilməsinə dair Nazirlər Kabinetinin Sərəncamında bildirilir.
Sərəncama əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları beş aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ-hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə Nazirlər Kabinetinə məlumat verməlidirlər.


Tarix: 15-10-2024, 22:35

Xəbəri paylaş