Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MEK tərəfindən “Mütaliə insanı kamilləşdirir” adlı videoçarx hazırlanıb



Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin
anadan olmasının 530 illiyinə həsr olunmuş “Mütaliə insanı kamilləşdirir” adlı videoçarx (https://youtu.be/kAVDzk56_9c?si=tb0PA1WkxxtweJPi)
hazırlanıb.
Gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağıran videoçarxda şairin əsərlərindən sətirlər
səsləndirilib.
Qeyd edək ki, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il
25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində
MEK-də ilboyu ənənəvi sərgi keçirilir və kitabxananın rəsmi saytında mövzu əsasında elektron məlumat bazası oxucuların istifadəsinə verilib.


Tarix: Dünən, 22:33

Xəbəri paylaş