Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universitetində “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı rəsm sərgisi keçirilib



ADA Universitetində Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır” Fərdi Qrant layihələrin müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Aytac Adıgözəlovanın layihə rəhbərliyi ilə “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Könül Nurullayeva, Günay Əfəndiyeva, Sevinc Fətəliyeva, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Müşfiq Cəfərov, Səbinə Xasayeva, Gülşən Paşayeva, Nigar Məmmədova, Azərbaycan Gənclər Fondunun direktor əvəzi Qədir Xəlilov, ADA Karyera Mərkəzinin rəhbəri Günel Ələsgərova çıxış ediblər.
Çıxışçılar bildiriblər ki, layihənin məqsədi Qərbi Azərbaycanda olan tarixi abidələrin, dağıdılmış mədəni irs nümunələrinin, deportasiya hadisələrinin əyani təsvirini yaratmaqla Azərbaycan tarixini, qədim yurd yerlərimizi, mədəni-tarixi abidələrimizi gənclər arasında təbliğ etmək, onların məhv edilməsinin, saxtalaşdırılmasının qarşısının alınmasıdır.
Həmçinin məqsəd bu mövzuda tələbələrin rəsm əsərlərindən ibarət sərgi təşkil etmək, məlumatları xarici dillərə tərcümə edərək media və sosial platformalar vasitəsilə dünya ictimaiyyətinə, əcnəbi tələbələrə, diplomatik nümayəndəliklərə çatdırmaqdır.
Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.


Tarix: 14-10-2024, 22:03

Xəbəri paylaş