Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir müavini Firudin Qurbanov Xaçmazda məktəb açılışlarında


Sentyabrın 16-da yeni tikilmiş Xaçmaz rayonu İstisu qəsəbə və Palçıqoba kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib. 
 
Tədbirlərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, həmçinin təhsil işçiləri və şagirdlər iştirak ediblər.
 
Nazir müavini Firudin Qurbanov şagirdləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək, onlara təhsil həyatlarında yüksək nailiyyətlər arzulayıb. O, şagirdləri müasir tədris proqramlarından yararlanaraq bilik və bacarıqlarını inkişaf etdirməyə çağırıb. Nazir müavini ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatlar çərçivəsində yeni məktəb binalarının tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində əldə olunan nailiyyətlər barədə də məlumat verib. 
 
Çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev də şagirdləri yeni tədris ili münasibətilə təbrik ediblər. 
 
Daha sonra tədbir iştirakçıları yeni istifadəyə verilmiş Xaçmaz rayonu İstisu qəsəbə və Palçıqoba kənd tam orta məktəblərində yaradılan şəraitlə tanış olublar. Məktəblərdə şagirdlər üçün müasir sinif otaqları, laboratoriyalar və digər tədris resursları yaradılıb ki, bu da təhsilin keyfiyyətini artırmaq üçün əhəmiyyətli bir addımdır.
 
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Xaçmaz rayonu İstisu tam orta məktəbi 320, Palçıqoba kənd tam orta məktəbi isə 360 şagird yerlikdir.


Tarix: 16-09-2024, 23:01

Xəbəri paylaş