Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU-İNHA İDP-nin 3 məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub




Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) builki məzunlarından 3 nəfəri dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub.
BMU-dan bildirilib ki, elektronika mühəndisliyi ixtisasına 582.1 balla qəbul olan, ali təhsilini ixtisas birincisi kimi fərqlənmə diplomu ilə bitirən, həmçinin İNHA Universitetindən “Akademik Mükəmməllik Mükafatı” sertifikatını alan Sahibzaman Şirinova dünyanın 11 qabaqcıl universitetindən qəbul gəlib. Onun seçimi ABŞ-ın Dyuk Universiteti olub. O, bu tədqiqat universitetində elektrik və kompüter mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək.
549.9 balla tələbə adını qazanan, elektronika mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vuran, tələbə olduğu müddətdə bir sıra uğurlar qazanan Şahmurad Orucova isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 6 nüfuzlu universitetindən qəbul gəlib. Onun seçimi Qlazqo Universitetinin robototexnika və süni intellekt ixtisası olub.
BMU-İNHA İDP-nin informasiya texnologiyaları ixtisası üzrə daha bir məzunu Emil Tahirli isə 4 tanınmış universitetdən qəbul alıb. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kardiff Universitetində proqram mühəndisliyi ixtisasında təhsil almağa üstünlük verib. 641.3 balla tələbə adını qazanan E.Tahirli ikili diplom proqramını və universiteti müvəffəqiyyətlə bitirib.
Hər üç məzun magistratura təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində alacaq.
Qeyd edək ki, BMU-İNHA İDP-nin icrasına 2020-ci ildə başlanılıb və bu il ilk dəfə 61 tələbə proqramdan məzun olub.


Tarix: 2-09-2024, 17:30

Xəbəri paylaş