Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib



28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.  
 
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. 
 
Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Tarix: 28-08-2024, 15:55

Xəbəri paylaş