Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xaricdə təhsilə dair Dövlət Proqramı ilə bağlı yeniliklər edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib.
Bundan başqa, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.


Tarix: 12-08-2024, 13:29

Xəbəri paylaş