Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Süni intellekt etikası kafedrası yaradılır

 
Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası yaradılacaq. Bununla bağlı BDU Elmi Şurasının 2023/2024-cü tədris ilinin son iclasında qərar qəbul olunub.
Bildirilib ki, hazırda təhsil, elm, səhiyyə, iqtisadiyyat, media, incəsənət və s. kimi sahələrdə süni intellekt əsaslı tətbiqlər sürətlə genişlənir. Süni intellekt bu sahələrin inkişafına töhfə verməklə yanaşı, insan hüquqları və vətəndaş azadlıqları ilə bağlı məsələlərdə bəzən etik problemlərə də səbəb olur. Ona görə də insan hüquqlarına xələl gətirmədən, məsuliyyət və ədalət prinsiplərini qorumaqla süni intellekt tətbiqlərindən istifadə edilməsi, habelə insanlar və maşınlar arasında münasibətləri tənzimləyən etik sistemin hazırlanması üçün elmi və hüquqi vasitələr tələb olunur.
Son illər Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdə vahid elmi məkanın formalaşması istiqamətində işlər aparır, bu ölkələrin elmi qurumları və mühitinin bir-biri ilə sıx inteqrasiyasında mühüm rol oynayır. Elmi Şuranın qərarına əsasən, Beynəlxalq Türk Akademiyası ilə birgə süni intellekt etikası sahəsində tədqiqatların genişləndirilməsi, yeni texnologiyaların yaratdığı çətinliklərlə ayaqlaşa bilən təhsil və tədqiqat proqramlarının hazırlanması, bu sahə üzrə aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi, təlim və akademik mübadilə proqramlarının tətbiq olunması üçün BDU-da Süni intellekt etikası kafedrası yaradılacaq.
Kafedra süni intellektin dərin yan təsirləri ilə mübarizə aparılması, süni intellekt sistemlərinin məqsədyönlü inkişafı və tətbiqinə dair tədqiqatlar aparacaq.






Tarix: 9-07-2024, 16:00

Xəbəri paylaş