Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Texnologiya Universiteti ilə “Azersun Holding” Arasında Memorandum imzalanıb




Azərbaycan Texnologiya Universiteti ilə “Azersun Holding” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərovla “Azersun Holding” MMC-nin İnsan resursları üzrə baş direktoru Fatih İslamoğlu imzalayıblar.
Memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis olunması, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.
İmzalanma mərasimindən sonra ATU nümayəndələri müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.


Tarix: 9-07-2024, 22:33

Xəbəri paylaş