Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərimizin 28-ci Balkan Riyaziyyat Olimpiadasında möhtəşəm uğuru


25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadası (JBMO2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 135 şagird iştirak edib. 
 
Bu il ilk dəfə olaraq ölkəmiz sözügedən olimpiadada ikinci yerə yüksəlib. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova qızıl, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili, Şəki şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Turan Musayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə gümüş medal qazanıblar.
 
Qeyd edək ki, ölkəmiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edir və bu ilə kimi məktəblilərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümumilikdə 54 medal qazanıb.














Tarix: 30-06-2024, 12:20

Xəbəri paylaş