Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu


Bakı Slavyan Universiteti (BSU) Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında mühüm addımlar atır. BSU-da Türkologiya kafedrası və Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. 2023/2024-cü tədris ilindən etibarən BSU-da Türk dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulu həyata keçirilir.
Bu barədə  BSU-dan məlumat verilib. Bildirilib ki, BSU 2023-cü il sentyabrın 8-də Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv olmaq üçün müraciət edib. Üzvlükdə əsas məqsəd tədqiqat və innovasiyaların təkmilləşdirilməsi, elm və texnologiyaların son nailiyyətləri ilə tanışlıq, təcrübə mübadiləsi, birgə elmi, akademik araşdırmaların təşkili, eləcə də tələbə və müəllimlərin mübadilə proqramlarında iştirakını təmin etməkdən ibarətdir. Türk Universitetlər Birliyinə üzvlük BSU üçün türk universitetləri arasında ikitərəfli elmi-akademik tərəfdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. BSU bu Birliyə üzv olmaq üçün müvafiq sənədləri hazırlayaraq müraciət edib.
2024-cü il mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə TÜRKÜNİB-in 7-ci Baş Assambleya iclası keçirilib. TÜRKÜNİB-ə müraciət etmiş 60 universitet, BSU da bu sırada olmaqla, birliyə üzv qəbul olunub. Ümumilikdə Türk Universitetlər Birliyinə 7 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Macarıstan) 109 universitet üzvlüyə qəbul olunub.
Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyi türkdilli dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığın həyata keçirilməsi məqsədilə 2013-cü il martın 29-da İstanbul şəhərində yaradılıb. İndiyədək TÜRKÜNİB-ə Türkiyədən - 18, Qazaxıstandan – 7, Qırğızıstandan – 6, Özbəkistandan – 5, Macarıstandan – 1, Azərbaycandan isə 5 universitet üzv olub.


Tarix: 27-06-2024, 12:56

Xəbəri paylaş